BAKI, 17 may. TELEQRAF

Azərbaycanda dələduzluq etdiyi üçün axtarışda olan şəxslərin məsuliyyətə cəlb olunması üçün tədbirlər görülür.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Polis əməkdaşlarının mayın 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.