
BAKI, 17 may. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 xilasetmə əməliyyatı keçirilib.
Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3-ü uşaq olmaqla 5 nəfərə müvafiq köməklik göstərilib.