BAKI, 16 may. TELEQRAF

Şamaxıda ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxılan Günel Yəhyayevanın vəziyyəti ağırdır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

15.05.2025-ci il tarixində 1993-cü il təvəllüdlü G.Yəhyayeva kəllə beyin travması, oma sümüyünün sınığı, hər iki baldırın açıq sınığı diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Bildirilib ki, zəruri ilkin tibbi xidmətlərdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.