YEVLAX, 16 may. TELEQRAF
Bərdə-Yevlax yolunda yük maşını minik avtomobili ilə toqquşub.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Bərdə rayonu ərazisində Bərdə - Yevlax avtomagistralında baş verib.
Əldə olunan ilk məlumata əsasən, "KİA" markalı minik maşını hərəkətdə olarkən "TIR" la toqquşub.
Hadisə zamanı minik maşınının sürücüsü ağır xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.