GORANBOY, 16 may. TELEQRAF
Goranboyda "KİA" markalı iki avtomobil toqquşub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüd Anar Həsənovun idarə etdiyi “KİA” avtomobil Veyisli kənd sakini, 1990-cı il təvəllüdlü Anar Nəsirlinin idarə etdiyi “KİA” markalı maşınla toqquşub. Nəticədə Goranboy şəhər sakini, 2012-ci il təvəllüdlü Aysu Əliyevə müxtəlif bədən xəsarətləri alıb.
Özəl xəstəxanalardan birinə yerləşdirilən 13 yaşlı qızın vəziyyəti orta-ağır qiymətləndirilir.