BAKI, 16 may. TELEQRAF

Bakının Nizami rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 60 m² olan mağazada 2 ədəd məişət avadanlığı yanıb.

Mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Şəmkir şəhərində ümumi sahəsi 290 m² olan mağazanın mətbəxində1 paq.m mətbəx mebeli və 1 ədəd məişət avadanlığı yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 10 m² sahədə qarsalanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın anğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 140 m² olan tövlənin yanar konstruksiyaları 100 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.