​BAKI, 15 may. TELEQRAF

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Həbs olunmuş şəxs Vahid Novruz oğlu Kazımova göndərilmiş banderola baxış keçirilən zaman diş pastasının içərisində xüsusi üsulla gizlədilmiş 8 ədəd bükülüdə ümumi çəkisi 0,352 qram metadon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.