BAKI, 14 may. TELEQRAF

Hindistanın Maharaştra ştatında üç gün ərzində pələnglər beş qadını parçalayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Free Press Journal” məlumat yayıb.

30 yaşlı qadın ailəsi ilə birgə meşədə yarpaq yığarkən yırtıcı onun üzərinə atılıb. Hindistanlı qadın ağır bədən xəsarətləri alıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Mayın 10-da yırtıcılar daha üç qadını parçalayıb. Bir gün sonra oxşar hadisədə başqa bir sakin həyatını itirib.

Pələng hücumlarının sayının artması yerli sakinlər və hakimiyyət orqanları arasında təşviş yaradıb.

Rəsmilər qeyd edib ki, ştat sakinləri ailələrini dolandırmaq üçün məcbur meşələrə getməli olurlar.