BAKI, 12 may. TELEQRAF
Abşeron rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Xırdalan şəhərində "Kuba" motosiklet ilə “Toyota” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Yanğın nəticəsində motosikletin yanar hissələri yanıb.
Avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.