BAKI, 10 aprel. TELEQRAF

Bakının Sabunçu rayonunda meyit tapılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, aprelin 9-da 1966-cı il təvəllüdlü E.Qurbanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Maştağa qəsəbəsindəki evin həyətində aşkar edilib.

Bundan başqa, həmin gün 1959-cu il təvəllüdlü Gülnarə Sadıqovanın meyiti yaşadığı Nərimanov rayonu Heydər Əliyev prospekti 79/2 ünvanındakı binada tapılıb.

Onun hansı səbəbdən vəfat etməsi müəyyənləşməyib.

Faktlarla Sabunçu və Nərimanov rayon prokurorluqlarında araşdırma aparılır.