BAKI, 10 aprel. TELEQRAF

Latviya parlamenti “Milli Birlik” partiyasının təklifi əsasında, iyulun 1-dən ölkə daxilində Rusiya və Belarus istehsalı olan məhsulların satışını qadağan etməyi müzakirə edəcək.

Teleqraf xəbər verir ki, layihə, Baltikyanı ölkələrdə - Litva və Estoniya ilə birgə - eyni qadağanın tətbiqini hədəfləyir.

Latviyanın Seim deputatı Yanis Vitenberg bildirib ki, kifayət qədər vaxtın keçməsinə baxmayaraq, Avropa İttifaqı səviyyəsində daha geniş sanksiyaların tətbiqi istiqamətində əhəmiyyətli addımlar atılmayıb.

Deputat, ölkənin bu addımı ataraq Rusiya və Belarus məhsullarının birbaşa satışını qadağan etməyi təklif edir.

Bundan əlavə, partiya Latviya baş nazirini Avropa İttifaqı daxilində Rusiya və Belarus məhsullarına qarşı gömrük tariflərinin artırılması təklifi ilə çıxış etməyə çağırıb.