BAKI, 10 aprel. TELEQRAF
Yaxın 2 həftə ərzində Amerika hakimiyyəti xarici investorlar üçün ABŞ-də yaşamaq icazəsinin yeni formasının verilməsi üzərində işə başlamaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin ticarət naziri Hovard Lutnik deyib.
"2 həftə ərzində biz "Qızıl kart" və "Tramp kartı" ilə işləməyə başlayacağıq. Biz buna çox şadıq. Bu, tezliklə baş verəcək", - o, Ağ Evdə Nazirlər Kabinetinin iclasında deyib.