BAKI, 10 aprel. TELEQRAF
Belarus Prezidenti Aleksandr Lukaşenko bu ilin payızında “Qərb-2025” Belarus-Rusiya hərbi təlimlərinin keçirilməsi ilə bağlı qərar imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, "Mir" televiziyasına müsahibəsində deyib.
Aleksandr Lukaşenko bəyan edib ki, Ukraynda xüsusi hərbi əməliyyatın getməsinə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinlə bu barədə razılığa gəliblər.
Onun sözlərinə görə, Belarus və Rusiya bu təlimləri özləri üçün keçirəcəklər.
"Hərbi təlimlərdə Belarus müəyyən səbəblərə görə əsas rol oynamalıdır. Bizim çox şeyə qadir olduğumuzu göstərməyin vaxtı çatıb", - Lukaşenko deyib.
Belarus prezidenti bildirib ki, Putinlə son telefon danışığında sentyabrda keçiriləcək "Qərb-2025" hərbi təlimləri müzakirə olunub.