BAKI, 10 aprel. TELEQRAF

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik 3-cü yer uğrunda görüşə çıxıb.

Teleqraf xəbər verir ki, 59 kq çəki dərəcəsində rəqib italiyalı Aurora Russo olub.

1:3 hesabı ilə uduzan Kolesnik yarışı 5-ci pillədə başa vurub.

Aprelin 11-də Azərbaycanın son qadın güləşçisi Jalə Əliyeva 57 kq çəkidə bürünc medal görüşünü keçirəcək. Onun rəqibi Jenna Hemiae (Finlandiya) olacaq.