BAKI, 10 aprel. TELEQRAF

Naxçıvanda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.