BAKI, 10 aprel. TELEQRAF
Bakının Sabunçu rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 170 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə, dam örtüyü 40 m² sahədə və dam örtüyünün şüşə pambıq üzlüyü 60 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.