BAKI, 10 aprel. TELEQRAF

Hazırda Rusiya Federasiyası tərəfindən Danimarkaya hərbi hücum təhlükəsi yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin Milli Təhdid Hesabatında deyilir.

“Danimarka Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin qiymətləndirmələrinə görə, hazırda ölkəyə hərbi hücum təhlükəsi yoxdur”, - hesabatda deyilir.

Sənəddə həmçinin Moskvadan gələn təhlükənin illər keçdikcə artacağı iddia edilir.