​GƏNCƏ, 10 aprel. TELEQRAF

Gəncədə "KAMAZ" piyadanı vurub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin N.Nərimanov prospektində qeydə alınıb.

Yolu keçmək istəyən 1983-cü il təvəllüdlü Anar Heydərovu yük maşını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.