BAKI, 10 aprel. TELEQRAF
ABŞ-nin yeni tarif siyasəti "Apple"ın təcili olaraq Hindistanın zavodlarında yığılmış 1,5 milyon "iPhone"nun ixracını təşkil etməyə məcbur edib.
Teleraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
"Apple" Hindistandan 600 ton qadcet üçün altı yük təyyarəsi kirayələyib. Şirkət Hindistandan idxal edilən mallara 26 faizlik vergi tətbiq olunana qədər bu məhsulu ABŞ-yə çatdırmaq istəyir.
İcarəyə götürülmüş yük təyyarələrindən beşi mart ayında Hindistandan havaya qalxıb. ABŞ şirkəti həmçinin smartfonların təcili göndərilməsi üçün gömrük rəsmiləşdirilməsini 30 saatdan 6 saata qədər sürətləndirilməsinə nail olub.
Birləşmiş Ştatlar "Apple"ın ən böyük bazarlarından biridir. Prezident Donald Trampın tarif siyasəti "iPhone"ların qiymətini bahalaşdırmaqla amerikalı istehlakçı üçün əlçatanlığını azalda bilər.
Qeyd edək ki, "Apple" bundan əvvəl 2025-ci ilə qədər "iPhone" istehsalının 25%-ni Hindistana köçürməyi planlaşdırmışdı.
Cənubi Asiya respublikası hazırda ABŞ şirkətinin ikinci ən böyük istehsal bazasıdır və smartfon yığımının 15%-ni təşkil edir.
Hindistan Mobil və Elektronika Assosiasiyasının məlumatına görə, 2024-2025-ci maliyyə ilində Hindistanın smartfon ixracı 21 milyard dolları keçib. Ən böyük təchizatçı "Apple" olub. İxrac edilən smartfonların 70%-i bu markadan, qalanları isə "Samsung" smartfonları və Hindistan brendləri olub.