BAKI, 10 aprel. TELEQRAF
ABŞ xarici idxal tariflərindən gündə təxminən 3,5 milyard dollar gəlir əldə edir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.
“Bu rəqəm yəqin ki, gündə 3,5 milyard dollardır”, - Tramp deyib.
Tramp iki gün öncə qeyd etmişdi ki, ABŞ-nin idxal olunan mallara tətbiq etdiyi tariflər ölkəyə gündəlik 2 milyard dollar gəlir gətirir.
Aprelin 10-da Tramp Çindən gələn mallara rüsumları 145%-ə qaldırıb.
Aprelin 9-da Tramp ABŞ-nin 75-dən çox ölkəyə ticarət tariflərini 90 gün müddətinə dayandırdığını açıqlayıb.