BAKI, 10 aprel. TELEQRAF
Tarif probleminin həlli üçün 20-yə yaxın ölkə ABŞ-yə konkret ticarət təklifləri verib.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett "CNBC" telekanalına müsahibəsində bildirib.
"Demək olar ki, bir çox ölkələr bizimlə əlaqə saxlayıblar. Belə ölkələrin sayı 20-yə yaxınlaşır", - Hasset qeyd edib.
Aprelin 9-da ABŞ Prezidenti Donald Tramp 75-dən çox ölkəyə tətbiq edilən ticarət tariflərini 90 gün müddətinə dayandırıb.