BAKI, 10 aprel. TELEQRAF
İstanbulda keçirilən Rusiya-Amerika məsləhətləşmələrinin ikinci raundu Rusiya və ABŞ prezidentləri tərəfindən irəli sürülmüş diplomatik missiyaların işinin normallaşdırılması vəzifəsinin həllində irəliləyiş əldə etməyə imkan verdi.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın Vaşinqtondakı səfiri, ABŞ ilə məsləhətləşmələrdə iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Darçiyev deyib.
"Rusiya və ABŞ diplomatik nümayəndəliklərinin işinin normallaşdırılması üzrə ikitərəfli ekspert məsləhətləşmələrinin sonuncu raundu müsbət atmosferdə keçdi və bizə iki ölkə prezidentlərinin qarşıya qoyduğu bu vəzifənin həllində irəliləməyə imkan verdi", - diplomat qeyd edib.