BAKI, 9 aprel. TELEQRAF
Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin dəhlizinin döşəməsi 10 m² sahədə, hamam otağının plastikdən ibarət tavanı 5 m² sahədə, 1 ədəd qapı və kondisioner yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sabirabad rayonunun Kürkəndi kəndində ümumi sahəsi 340 m² (hər mərtəbəsi 170 m²) olan ikimərtəbəli 7 otaqlı evin yanar konsturksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.