BAKI, 9 aprel. TELEQRAF

Bakının Xətai rayonunda mənzildə baş verən yanğın Fövqəlada Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Bölmələri tərəfindən söndürülüb.

Bu barədə Teleqraf-a FHN-dən məlumat verilib.

***

18:00

BAKI, 9 aprel. TELEQRAF

Bakının Xətai rayonunda yanğın başlayıb.

Bu barədə Teleqraf-ın sorğusuna Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nazirliyin 112 qaynar telefon xəttinə Xətai rayonunun Məhəmməd Hadi küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.