BAKI, 10 aprel. TELEQRAF

Sumqayıt şəhərində bank kartından oğurluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində bir nəfərin bank kartından 473 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı C.Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.