BAKI, 10 aprel. TELEQRAF

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 xilasetmə əməliyyatı keçirilib.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 11 nəfərə müvafiq köməklik göstərilib.