
BAKI, 25 mart. TELEQRAF
ABŞ-nin Osprey hərbi-nəqliyyat təyyarəsi Yaponiyada məcburi eniş edib.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın "Jiji Press" xəbər agentliyi məlumat yayıb.
Yapon səlahiyyətliləri ABŞ-nin "Osprey" nəqliyyat təyyarəsinin yerli vaxtla saat 15:00 radələrində Matsumoto hava limanına təcili eniş etdiyini açıqlayıb.
Rəsmilər həmçinin bildiriblər ki, başqa bir Osprey tipli nəqliyyat təyyarəsi yerli vaxtla saat 15:35 radələrində hava limanına eniş edib, lakin 5 dəqiqə sonra oradan ayrılıb.
Hər iki hadisənin səbəbləri açıqlanmır.