
GƏNCƏ, 22 mart. TELEQRAF
Gəncədə intihar hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Atatürk prospektindəki mənzildə qeydə alınıb.
37 yaşlı Aidə Süleymanova yaşadığı evdə özünü asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.