CƏLİLABAD, 23 dekabr. TELEQRAF
Cəlilabad rayonunun Uzuntəpə kəndində avtomobil vuran qadın xəstəxanada ölüb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, kənd sakini, 1947-ci il təvəllüdlü Quliyeva Südavər dünən axşam saatlarında avtomobil vurması nəticəsində xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
22 dekabr
19:07
Cəlilabadda avtomobil yol keçən piyadanı vurub.
Teleqrafın Cənub bürosu xəbər verir ki, hadisə rayonunun Uzuntəpə kəndi ərazisində baş verib.
İlkin məlumata görə, yolu keçmək istəyən kənd sakini, 1947-ci il təvəllüdlü Quliyeva Südavər Bəylər qızını “Ford Transit” markalı avtomobil vurub.
Qəza nəticəsində piyada ağır xəsarətlər alıb və dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.