
GƏNCƏ, 16 mart. TELEQRAF
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, "166 yükdaşıma" şirkətinə məxsus avtomobilin yük hissəsi aşıb. Nəticədə avtomobildə olan yem kisələri ətarafa dağılıb. Həmçinin yolda tıxac yaranıb.
Hadisə yerinə Gəncə Dövlət Yol polisi əməkdaşları cəlb olunub.
Qəzanın səbəbləri araşdırılır.