
BAKI, 22 fevral. TELEQRAF
Fevralın 22-də Binəqədi rayonu ərazisində yerləşən apteklərin birindən 500 manat oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 27 yaşlı S.Bəkirov müəyyən edilərək saxlanılıb.
Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən binaların birindən isə 450 manatlıq elektrik naqilini talamaqda şübhəli bilinən şəhər sakini 29 yaşlı F. Quliyev aşkar olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.