“Azadlıq” qəzetinin saxlanılması üçün cəbhəçilərin ailə büdcəsindən pul yığılır.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin keçmiş müavini Razi Nurullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, cəbhəçilərin cibinin pulu ilə saxlanılan qəzet yalnız bir nəfər və onun ətrafına xidmət edir: “Bu qəzetdə bir dəfə də olsun, sadə cəbhəçiyə yer ayrılmayıb. Köhnə cəbhəçilər nə baş verdiyini yaxşı bilir. Bu gün AXCP-də Əli bəyə yaxın insanlar pıçıldaşa-pıçıldaşa partiyanı idarə edirlər. Bu insanların hamısının da işi “Facebook”da "like" ilə məşğul olmaq, kimlərisə qaralamaqdır. Maraqlı bir fakt deyim. Mən istefa verəndən sonra 200-dən çox partiya və QHT sədri mənə zəng etdi. Amma onlardan çox cüzi hissəsi məni açıq şəkildə müdafiə edə biləcəklərini dedi. Digərləri isə bir növ ona baş qoşmaq istəmirlər. Çünki onlar bunu açıq formada etsələr, “Facebook”da ləkələmə kampaniyasına məruz qalacaqlarını bilirlər. Bu gün Rəyasət Heyətində 110 saxta profili olan insanlar var. Əli Kərimli bax belə siyasət aparır”.
Nərgiz