Razi Nurullayev: "Yaşlı nəsil Əli Kərimlinin uydurmalarına inanmir"
“Məni başa düşənlər, yaxud qınayanlar olacaq. Amma mən vicdanım sızıldadığınaa görə AXCP-də baş verənlərdən danışmalıyam”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin keçmiş müavini Razi Nurullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, AXCP sədri partiyada gəncləşmə siyasəti aparır: “Buna səbəbsə yaşlı nəslin Əli bəyin uydurmalarına inanmamasıdır. Əli bəy məhz buna görə gəncləşmə siyasətini apararaq yaşlı, suyu sıxılmış cəbhəçini sıxışdırmaq istəyir. AXCP sədrinin hər dəfə namizəd olduğu Suraxanı rayon şöbəsindən Vaqif bəyi kənarlaşdırdılar. Yerinə Əli bəyin cangüdənini gətirdilər. Hazırda bir çox yaşlı nəsil bütün bunları görərək etiraz edir. Çünki onları aşağılayır, kənarlaşdırırdılar. Rəyasət Heyətinin iclası 4 saat çəkirdi. Amma onun iki saatını özü danışırdı, digərlərinə söz verilmirdi. Bütün iclasın 80 faizi də facebookda kimləri like etmək, hansı komment yazmaqdan ibarət olub”.
Nərgiz