
"Dəllallar istəyirdilər ki, bu prosesdən xeyir götürsünlər”
“Bu təxribat idi və onun da qarşısı alındı. Dəllallar istəyirdilər ki, bu prosesdən xeyir götürsünlər. Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var, ümumi daxili məhsulu çox yüksəkdir. O yerdə ajotaj yarana bilər ki, orada ümumi daxili məhsulun çəkisi aşağı olsun, valyuta ehtiyatları olmasın, valyutanın arxasında real iqtisadiyyat dayanmasın. Azərbaycan milli valyutasının arxasında iqtisadiyyat, ehtiyat fondlar durur. Odur ki, heç bir narahatçılıq yoxdur”.
Bunu deputat Siyavuş Novruzov son günlər ölkədə yaranan dollar ajotajı barədə situasiyanı şərh edərkən deyib.
Hakim partiyanın funksioneri hesab edir ki, bu məsələləri insanlara sadə dildə anlatmaq lazımdır: “Makro iqtisadi sistem belə getdi, mikro iqtisadiyyat belə getdi kimi sözləri kəndli, sadə insan başa düşmür. Bilmir ki, iqtisadiyyatın şaxələndirilmsi, makro iqtisadi system, dəyər vergisi, ümumi daxili məhsul nədir. Odur ki, insanları çox sadə variantda başa salmaq lazımdır ki, onun milli valyutasının məzənnəsi əvvəlcə dollarla müəyyənləşirdi. İndi isə dollar və avro ilə müəyyənləşir. Vəssalam. Yəni manat dollar və avro arasında nizamlanmalıdır. Azərbaycan manatı avro ilə eyniyyət təşkil etməlidir. Burada 2-3 qəpiyin söhbəti gedir”.
Nemət