Sumqayıt şəhərində yerləşən hamamda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

***

Sumqayıt şəhərində “Bəy hamamı” yanır.

Teleqraf.com xəbər verir ki, hadisə Niyazi və Çerkassı küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.