Son zamanlar Müsavat Partiyasından istefalar baş verir. Qubad İbadoğlunun partiyadan çıxarılmasına etiraz olaraq çoxlu sayda müsavatçı istefa verdiyini açıqlayıb. Əldə etdiyimiz məlumata görə, hüquq müdafiəçisi Novella Cəfəroğlu da partiyadan istefa verə bilər.

Qeyd edək ki, artıq onun ofisində işləyən iki nəfər-Məmməd Zeynalov və Sədaqət Paşayeva Müsavatdan istefa verib. Hər iki şəxs Cəfəroğluna yaxın hesab olunur. Bəzi iddialara görə, yaxın günlərdə hüquq müdafiəçisi də istefa bəyanatını səsləndirə bilər.

Onun özü bu addımı atmaq niyyətində olmadığını deyib. Ancaq hazırda Müsavat rəhbərliyinə daxil və yaxın olan şəxslər sosial şəbəkələrdə Novella Cəfəroğlunu sərt şəkildə tənqid edirlər. Bu isə o deməkdir ki, od olmayan yerdən tüstü çıxmaz.

Cavidan