Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev maraqlı açıqlama ilə çıxış edib.

Partiya sədri bildirib ki, fevralın 12-də keçirilən iqtidar-müxalifət görüşündən sonra bir şeyi özü üçün dəqiq müəyyən edib: “Bir daha əmin oldum ki, ölkədə iqtidarla müxalifət arasındakı münasibətlərin düşmən həddə olmasından ən çox bəhrələnən və bu düşmənçiliyin dərinləşməsinə çalışanlar arasında özünü müxalifət adlandıran və həm də ”bəslənən" partiya sədrlərinin xüsusi rolu var.

Siyasi partiya rəhbərləri ilə hakimiyyət nümayəndələrinin növbəti görüşü keçirildi. Təbii ki, ortada müxtəlif maraqlar var. Bizim marağımız hamının qanun qarşısında bərabərliyini təmin edən hüquqi dövlətin bərqərar olmasıdır".

Qeyd edək ki, Musayev bunu deyərkən özünü müxalifət elan edən və dialoqu boykot edən təşkilatları nəzərdə tutur.

Cavidan