
Müsavat Partiyası başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun daha bir tərəfdarı partiyadan istefa verib.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan Demokratiya və hərəkatının Təşkilat Komitəsinin üzvü, Müsavat başqanının keçmiş müşaviri Hüseyn Məlik Müsavat Divanının Q.İbadoğlunun partiyadan xaric edilməsi barədə qərarına etiraz olaraq istefa verdiyini açıqlayıb: “Qubad İbadoğlu haqqında Divanın verdiyi qərara etiraz olaraq Müsavat Partiyasından istefa verdiyimi bəyan edirəm .Mən artıq Müsavat Partiyasının üzvü deyiləm”.
Qeyd edək ki, Q.İbadoğlunun partiya sıralarından xaric edilməsi barədə Müsavat Divanının bu gün keçirilmiş iclasında qərar çıxarılıb. Qərarda qeyd edilib ki, Q. İbadoğlu Müsavat Partiyasının Nizamnaməsinin 1.9-cu bəndini, yəni partiya üzvünün partiyadaxili nizam-intizama əməl etmədiyi, partiyanın nüfuzunu qorumaqla bağlı müddəasını kobud surətdə pozduğu üçün təşkilatın sıralarından xaric olunub.
Nərgiz