
“Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, yalnız Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın şərhlərinə cavab olaraq, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev daha sonra deyib: “Mahiyyətsiz, boş və demaqoqiya xarakterli bəyanatlar vermək əvəzinə Ermənistan rəhbərliyi ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədrləri başda olmaqla, dünya ölkələrinin rəhbərlərinin israrlı çağırış və müraciətlərinə riayət edərək ən tez bir zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır”.
Səxavət