
Azərbaycanda insan hüquqlarının təminatı yüksək səviyyədədir”.
Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.
Y.Abramov bildirib ki, bu istiqamətdə ölkədə kifayət qədər mükəmməl hüquqi baza mövcuddur. Onun sözlərinə görə, Konstitusiyanın üçdə ikisinin məhz insan hüquqlarına həsr olunması təsadüfi hesab edilməməlidir: “Bu fakt dövlətin insan hüquqlarına ali dəyər kimi yanaşdığının göstəricisidir. Amma təəssüf ki, bəzi dairələr Azərbaycandakı vəziyyətə qeyri-obyektiv yanaşırlar. Xüsusilə ənənəvi beynəlxalq QHT-lər belə yanaşma ortaya qoyurlar. Təbii ki, biz onların sifarişlə işlədiyini bilirik. Artıq onları hamı yaxşı tanıyır. Ona görə də fikirlərini ciddi qəbul edən cəmiyyətlər demək olar ki, yoxdur”.
Səxavət