Azərbaycanın işğal altındakı Qarabağ bölgəsindəki separatçıların bir hərbçisi yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

1998-ci il təvəllüdlü Gevorq Xaçatryanın iyunun 7-də gecə saatlarında yaralandığı bildirilib.

Hadisəyə səbəb kimi, Ermənistan və Azərbaycan silahlı birləşmələri arasında qısamüddətli qarşıdurma göstərilib.

Qeyd edək ki, Ermənistan ordusu ayın 7-dən 8-nə keçən gecə təmas xətti və sərhədboyu atəşkəs rejimini 85 dəfə pozub.