Meksikanın Azərbaycandakı səfirliyi Aktau yaxınlığında təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Aktau yaxınlığında AZAL-ın faciəvi qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Yaralıların tezliklə sağalmalarını arzulayırıq", - diplomatik nümayəndəliyin məlumatında bildirilib.