BAKI, 24 iyul. TELEQRAF

İran ABŞ-nin atəşkəsə dair yeni təklifindən imtina edib.

Teleqraf xəbər verir ki, “The New York Times” qəzeti mənbələrinə istinadən yazır ki, Vaşinqtonun təklifi İraqın Baş naziri Əli əz-Zeydinin vasitəçiliyi ilə Tehrana çatdırılıb.

Nəşrin məlumatına görə, İran rəsmiləri bildiriblər ki, Tehran Hörmüz boğazına nəzarət məsələsini həll etmədən yalnız müvəqqəti razılaşma əldə olunmasında maraqlı deyil.

Qəzet ABŞ-nin təklifinin konkret şərtlərini açıqlamayıb.

Qeyd edək ki, ötən həftənin sonunda İraqın Baş naziri ABŞ-a rəsmi səfər edib və burada ABŞ prezidenti Donald Trampla danışıqlar aparıb. Cümə axşamı Əli əz-Zeydi İran prezidenti Məsud Pezeşkianın dəvəti ilə Tehrana səfər edib.