BAKI, 16 noyabr. TELEQRAF

Çuvaşiya Respublikasında Böyük Vətən müharibəsi (İkinci Dünya müharibəsi) zamanı həlak olan hərbçilərin xatirəsinə həsr olunmuş əbədi məşəli söndürməyə cəhd edən şəxsə hökm oxunub.

Teleqraf Rusiya mediasına istinadla xəbər verir ki, hadisə Yadrin şəhərində baş verib.

Çuvaşiya Respublikası hüquq-mühafizə orqanlarının məlumatına görə, Yadrin şəhərində əbədi məşqi söndürməyə cəhd edən 47 yaşlı sakin Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə təqsirli bilinib.

Məhkəmə ona 320 saat ictimai iş cəzası kəsib.