BAKI, 16 noyabr. TELEQRAF

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində torpaqların idarə olunması, istifadəsi və mühafizəsinin təşkili sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.

Teleqraf xəbər verir ki,bu barədə müvafiq qərara əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sahilboyu ərazilərdə torpaqların idarə olunması, istifadəsi və mühafizəsinin təşkili istiqamətində dövlət siyasətinin həyata keçirilməsini təmin edəcək.

Bununla yanaşı, Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, həmin ərazilərdə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının və qurumlarının fəaliyyətinin əlaqələndirilməsi də ona həvalə olunub.

Qeyd edək ki, bu mexanizm Xəzər dənizinin Azərbaycan sahilboyu ərazilərinə, o cümlədən adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər istisna olmaqla, şamil edilir.