BAKI, 16 noyabr. TELEQRAF
Ukraynanın Xarkov şəhərində metronun hərəkəti dayandırılıb və şəhər qismən elektriksiz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə "Novosti Live" məlumat yayıb.
Bildirilir ki, əvvəlcə Xarkovda elektrik kəsintiləri baş verib, daha sonra şəhərin bir hissəsində elektrik tamamilə kəsilib.
Tramvay və trolleybus xidmətlərində də fasilələr var.
Bundan əvvəl Dnepropetrovsk, Krivoy Roq və Kiyevin nəzarətində olan Zaporojjya şəhərində də güclü elektrik kəsintilərinin müşahidə olunduğu bildirilmişdi.