BAKI, 16 noyabr. TELEQRAF
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib.
Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Məlumata görə, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb.
Bildirilib ki, namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onların şəxsi səhifələrinə göndərilib.