BAKI, 16 noyabr. TELEQRAF
Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Azərbaycan pavilyonunu ziyarət edib.
Teleqraf xəbər verir ki, ziyarət zamanı COP31-in sədri Murat Kurum ilə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev birlikdə mesajları veriblər.
Pavilyonla tanış olan nazirə burada nümayiş etdirilən stendlər və təqdim edilən layihələr barədə məlumat verilib.
Xatırladaq ki, pavilyonda Azərbaycanın şəhərləri, təbiəti, iqlimi, təhsil və səhiyyə sistemləri, turizm imkanları, nəqliyyat infrastrukturu barədə məlumatlar qabaqcıl texnoloji imkanlar vasitəsilə təqdim olunur. Burada ziyarətçilər Azərbaycanın milli mətbəx nümunələrindən də dadıblar.