BAKI, 30 oktyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında X tura start veriləcək.
Teleqraf xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Belə ki, günün yeganə matçında “Turan Tovuz” doğma meydanda “Sabah”ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 18:30-da başlayacaq. Qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək.
Qeyd edək ki, tura noyabrın 1-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
X tur
30 oktyabr
18:30. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Namiq Hüseynov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu