BAKI, 28 oktyabr. TELEQRAF

“Qarabağ” FK futbolçu Abbas Hüseynovla yollarını ayırıb.

Teleqraf Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2017-ci ildə “Qarabağ”a keçən müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

O, “Qarabağ”da 7 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.